19 mart 2019, 13:35

Qabil Adıgözəlovdan, Sumqayıt, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Biz məcburi köçkün düşdükdən sonra 1993-cü ildən Sumqayıt şəhər 2 saylı xəstəxanasının binasında məskunlaşmışdıq. Sözsüz ki, buranın şəraiti çox da yaxşı deyildi və biz çox əziyyət çəkirdik. Sizin sayənizdə artıq bizim mənzil-məişət şəraitimiz yaxşılaşdırılıb və Sumqayıt şəhərində yeni salınmış qəsəbədə mənzillə təmin olunmuşuq.

Əziz Prezidentimiz, ilk növbədə, Allahdan Sizə möhkəm cansağlığı arzu edirəm. Çox sağ olun. Tanrı Sizi və dövlətimizi qorusun.

Hörmətlə,

Adıgözəlov Qabil Bayram oğlu, Qubadlı rayonundan məcburi köçkün, 2-ci qrup Qarabağ müharibəsi əlili

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.