19 mart 2019, 10:40

Zeynalabdun Qurbanovdan, Biləsuvar, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən bir təqaüdçü kimi bildirmək istərdim ki, Sizin apardığınız siyasət biz təqaüdçüləri sevindirir. Ölkəmizdə həyata keçirilən sosial islahatlar əhalinin rifah halını gündən-günə yaxşılaşdırır. Biz inanırıq ki, Sizin rəhbərliyiniz altında müstəqil Azərbaycan ən inkişaf etmiş ölkələr sırasına yüksələcək.

Bayram ərəfəsində verdiyiniz əfv Sərəncamı onlarla ailəyə sevinc bəxş etdi. Allahdan Sizə və ailənizə cansağlığı arzu edirəm.

Novruz bayramınız mübarək olsun, xalqımızın sevimli Prezidenti!

Hörmətlə,

Qurbanov Zeynalabdun Qulam oğlu

Azərbaycan Respublikası, Biləsuvar rayonu.