18 mart 2019, 15:35

Qurban Nəzərovdan, Lerik, Azərbaycan

Möhtərəm cənab Prezident.

Xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə şəxsən öz adımdan və ailəm adından Sizə təşəkkürümü bildirirəm.

Ölkəmizdə sosial məsələlərə böyük önəm verilməsi və bu istiqamətdə mühüm tədbirlər görülməsi bizi sevindirməyə bilməz. Digər tərəfdən isə şəhər və rayonların, kənd və qəsəbələrin abadlaşdırılması, bölgələrdə quruculuq işlərinin həyata keçirilməsi insanlarda nikbin əhval-ruhiyyə yaradır.

Cənab Prezident, ölkəmizin sosial-iqtisadi inkişafı üçün atdığınız hər bir addımınızı dəstəkləyirik. Biz də öz növbəmizdə hər zaman Sizin arxanızdayıq. Tanrı Sizi qorusun.

Hörmətlə,

Nəzərov Qurban Əminağa oğlu.

Azərbaycan Respublikası, Lerik rayonu, Monidigah kəndi.