18 mart 2019, 15:15

Möhübbət Həsənov və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin və maddi rifah halının yaxşılaşdırılması üçün gördüyünüz işlər təqdirəlayiqdir. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 50 faiz artırılması ilə əlaqədar bu yaxınlarda verdiyiniz Sərəncam bu kateqoriyadan olan insanlara göstərdiyiniz böyük qayğının növbəti nümunəsidir.

Möhtərəm cənab Prezident, doğma yurd-yuvasından didərgin düşmüş insanları qayğı ilə əhatə etmək çox humanist bir addımdır. Əminik ki, Sizin sayənizdə öz el-obamıza qayıtmaq bizə qismət olacaqdır. Biz həmin günün həsrəti ilə yaşayır və daim Sizə güvənirik.

Hörmətlə,

Həsənov Möhübbət

Ağalarov Eyvaz

Səmədov Ərşad

Qurbanova Şahnaz və başqaları.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.