18 mart 2019, 14:55

İlqar Həsənov və başqalarından, Cəlilabad, Azərbaycan

Əziz Prezidentimiz.

Ölkəmizdə həyata keçirilən sosial islahatlar hər birimizdə haqlı olaraq qürur hissi yaradır. İnsanların sosial vəziyyətinin gündən-günə yaxşılaşdırılması gələcəyə daha inamla və böyük ümidlərlə baxmağa əsas verir. Son vaxtlarda imzaladığınız fərman və sərəncamlarla pensiyaların, təqaüdlərin, sosial müavinətlərin məbləğinin artırılması milyonlarla insanı əhatə edir, onları və ailə üzvlərini qəlbən sevindirir. Problemli kreditlərin həlli ilə bağlı Fərmanınız da bu sıraya aiddir və vətəndaşların banklara olan borclarını əhəmiyyətli dərəcədə azaldacaqdır.

Hörmətli cənab Prezident, Siz Novruz bayramı ərəfəsində bizə böyük sevinc bəxş etdiniz. Allah hər zaman Sizi sevindirsin.

Hörmətlə,

Həsənov İlqar Gülin oğlu

Cəfərov Eldəniz Təzəxan oğlu

Səfərov Vüsal Alim oğlu.

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Günəşli kəndi.