18 mart 2019, 14:25

Heyran Bayramova və başqalarından, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin sayənizdə ölkəmiz gündən-günə inkişaf edir. Azərbaycanın həm beynəlxalq nüfuzu artır, həm də uğurlu daxili siyasət nəticəsində vətəndaşların rifah halı yüksəlir. Son vaxtlar imzaladığınız fərman və sərəncamlar əhalinin maddi vəziyyətini yaxşılaşdırmaqdadır.

Biz xarici valyuta ilə götürdüyümüz krediti devalvasiyadan sonra ödəməkdə çətinlik çəkirdik. Çünki həm kreditimizin məbləği, həm də aylıq ödənişimiz artmışdı. Problemli kreditlərin həlli ilə bağlı Fərmanınız bizi və ailələrimizi bu çətinlikdən qurtardı.

Çox sağ olun, cənab Prezident.

Ən xoş arzularla,

Bayramova Heyran Müsabir qızı

Məmmədov Aqçin Salik oğlu

Məmmədov Əlzamin Camal oğlu

Kərimova Könül Əyyub qızı.

Azərbaycan Respublikası, Yevlax rayonu, Xaldan kəndi.