Şakir Qasımovdan, Tərtər, Azərbaycan
15 mart 2019, 15:55
Möhtərəm cənab Prezident.
Fevral ayında əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir-birinin ardınca imzaladığınız Sərəncamlar cəbhə bölgəsində yaşayan tərtərlilərin də böyük sevincinə səbəb olub. Biz bir daha əmin olduq ki, möhtərəm Prezidentimiz hər an öz xalqını düşünür, əhalinin firavan yaşamasının qeydinə qalır.
“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanınız da ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Bu Fərmandan bir vətəndaş kimi mən də yararlanacaq, xarici valyuta ilə götürdüyüm kreditimi dövlətin dəstəyi ilə qaytaracağam.
Cənab Prezident, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz minnətdarlığımı bildiririk. Biz Sizi dəstəkləyir və öz Prezidentimizə inanırıq.
Hörmətlə,
Qasımov Şakir
Azərbaycan Respublikası, Tərtər rayonu, Seydimli kənd sakini.