15 mart 2019, 15:25

Məhərrəm Qasımlıdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirdiyiniz məqsədyönlü və uğurlu siyasət xalqımız tərəfindən dərin razılıq hissi ilə qarşılanmaqdadır. Bu il martın əvvəlində Heydər Əliyev Mərkəzində ölkəmizin tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşdə milli-mədəni sərvətlərimizin qorunması və daha da irəli aparılması zərurətini diqqətdə saxlamağınız hamımızın ürəyindən oldu.

Görüşdən az sonra mədəniyyət sahəsinə, o cümlədən də yaradıcılıq təşkilatlarına göstərdiyiniz maliyyə dəstəyi Sizin mədəni-humanitar sferada gedən proseslərə nə qədər həssas münasibət bəslədiyinizi bir daha əyani şəkildə ortaya qoydu.

Martın 13-də imzaladığınız Sərəncamla Azərbaycan Aşıqlar Birliyi də daxil olmaqla, yaradıcılıq ittifaqları və birliklərinə Prezidentin ehtiyat fondundan ayırdığınız maliyyə vəsaiti hamımızda böyük məmnunluq hissi yaratmışdır. Bu unudulmaz qayğı və diqqətə görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Möhtərəm cənab Prezident, qoy ozan-aşıq mədəniyyətinin ulu ustadı - Dədə Qorqudun müqəddəs ruhundan gələn alqış və dualar hər zaman Sizə yardımçı olsun!

Hörmətlə,

Qasımlı Məhərrəm,

Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, professor, Azərbaycan Aşıqlar Birliyini sədri

Azərbaycan Respublikası, Bakı şəhəri.