15 mart 2019, 11:15

Adil Bayramov və başqalarından, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

İncəsənət xadimlərinə, mədəniyyət sahəsində çalışan insanlara göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Siz Azərbaycanda mədəniyyətin, incəsənətin təbliğində yaradıcı kollektivlərin rolunu əvəzsiz hesab edir və yüksək qiymətləndirirsiniz. Sizin də diqqətiniz bizim üçün əvəzsizdir. Biz bu qayğıdan ruhlanaraq bundan sonra da xalqımızın zəngin musiqi irsinin dünya miqyasında tanıdılmasında fəal iştirak edəcəyik.

Hörmətlə,

Bayramov Adil Müseyib oğlu, Xalq artisti, Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının rəhbəri

Quliyev Sahil İsmayıl oğlu, Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri

Məmmədov Mahir Məmməd oğlu, Əməkdar artist, Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin konsertmeysteri

Tağızadə Kəmalə Oqtay qızı, Əməkdar artist.

Azərbaycan Respublikası, Gəncə şəhəri.