Namiq Həsənov və Təbriz Baxşəliyevdən, Ağdam, Azərbaycan
14 mart 2019, 17:30
Hörmətli cənab Prezident.
Əməkhaqlarının artırılması, xüsusilə də mədəniyyət işçilərinin sosial rifahının yaxşılaşdırılmasına dair Sərəncamlara görə Ağdam rayon Heydər Əliyev Mərkəzinin və Ağdam rayon Dövlət Rəsm Qalereyasının kollektivi adından təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Siz yaradıcılıq ittifaqlarına və birliklərinə önəm verir, onların daha yaxşı fəaliyyət göstərməsi üçün şərait yaradır, xalqımızın zəngin mədəni irsinin qorunub saxlanılmasına kömək edirsiniz. Biz də öz növbəmizdə incəsənətimizin təbliğində yorulmadan çalışacaq, Sizin etimadınızı doğruldacağıq.
Hörmətlə,
Həsənov Namiq,
Ağdam rayon Heydər Əliyev Mərkəzinin direktoru
Baxşəliyev Təbriz,
Ağdam rayon Dövlət Rəsm Qalereyasının direktoru.
Azərbaycan Respublikası, Ağdam rayonu.