14 mart 2019, 17:10

Elbay Qasımzadədən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

13 mart tarixində imzaladığınız Sərəncamla respublikanın memarlarını birləşdirən Memarlar İttifaqının fəaliyyətinə yüksək qiymət verməklə Siz, memarlıq sənətini həyatının mənasına çevirən memarlarımıza hədsiz qürur və fərəh bağışladınız.

Azərbaycan memarlıq sənətini yaşadan həmkarlarım adından Sizə dərin təşəkkürümü bildirir və bundan sonra da ruh yüksəkliyi ilə Vətənimizi dünyada tanıtmağa davam edəcəyimizə söz verirəm.

Dərin hörmət və ehtiramla,

Elbay Qasımzadə,

Azərbaycan Respublikası Memarlar İttifaqının İdarə Heyətinin sədri,

BMİ Şurasının üzvü.

Azərbaycan Respublikası, Bakı şəhəri.