14 mart 2019, 16:40

İlahə Baxşəliyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizə bu məktubu böyük fəxr hissi ilə yazıram. Bir Prezident üçün xalq sevgisindən üstün heç nə ola bilməz. Ən böyük sevgi isə təmənnasız sevgidir. Biz, sadə insanlar Sizi qəlbən, təmənnasız sevirik. Bəlkə də yüzlərlə minnətdarlıq məktubları alırsınız. Amma Sizə olan məhəbbətimiz o qədər böyükdür ki, qəlbimizin səsini çatdırmaq istədim.

Cənab Prezident.

Tam əmin ola bilərsiniz ki, xalq Sizin arxanızdadır. Siz tək, biz isə milyonlarıq. Buna baxmayaraq Siz hər birimizə diqqət yetirməyi bacarırsınız. Əməliyyata ehtiyacı olanın, imkansızın, kömək istəyən hər kəsin imdadına çatırsınız. Sağlamlığımızın qeydinə qalaraq pulsuz müayinələrin keçirilməsi üçün göstəriş verirsiniz. Uşaqların daha yaxşı təhsil alması üçün məktəblər inşa etdirirsiniz. Bütün bunlara, həmçinin evlərimizdə rahat, sülh şəraitində yaşadığımıza görə Sizə minnətdarıq, əziz Prezidentimiz.

Siz bizim böyük ürəkli Prezidentimizsiniz. Çox sağ olun.

Hörmətlə,

Baxşəliyeva İlahə

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi.