14 mart 2019, 16:05

Zaur Eyvazovdan, Ucar, Azərbaycan

Hörmətli cənab Prezident,

Mənəvi dəyərlərimizin təbliği işinə göstərmiş olduğunuz böyük dəstəyə, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsi ilə din xadimlərinə dövlət hesabına göstərdiyiniz maddi dəstəyə görə Sizə öz adımdan və rəhbərlik etdiyim dini icmanın təsisçiləri adından dərin təşəkkür və minnətdarlıq bildirirəm.

Biz din xadimləri bundan sonra da mənəvi dəyərlərimizin təbliği istiqamətində öz səylərimizi əsirgəməyəcəyik, daim dövlətimizin mənafeyini qoruyacağıq.

Fürsətdən istifadə edib, qarşıdan gələn Novruz bayramı münasibəti ilə Sizi səmimi qəlbdən təbrik edir, əziz bayram günlərində Sizə bahar əhval-ruhiyyəsi arzu edirik.

Hörmətlə,

Eyvazov Zaur Şahin oğlu

Din xadimi,

“Hacı Ağamirzə” məscidi dini icmasının sədri

Azərbaycan Respublikası, Ucar rayonu, Çiyni kəndi.