Elçin Elçiyevdən, Gəncə, Azərbaycan
14 mart 2019, 15:25
Hörmətli cənab Prezident,
Sizin “Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncamınız dövlətimiz tərəfindən mədəniyyət və incəsənət işçilərinə göstərilən qayğının və diqqətin bariz nümunəsidir.
Bu sərəncam Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının kollektivi tərəfindən sevinclə qarşılandı və çox yüksək qiymətləndirildi. Sizin bu addımlarınız bizi daha yaxşı çalışmağa ruhlandırır.
Möhtərəm Prezident, Filarmoniyanın kollektivi adından Sizə dərin təşəkkürümüzü bildirir və müstəqil respublikamızın davamlı inkişafi və tərəqqisi üçün böyük uğurlar arzu edirəm.
Hörmətlə,
Elçiyev Elçin
Əməkdar artist,
Gəncə Dövlət Filarmoniyasının direktoru səlahiyyətlərini icra edən
Azərbaycan Respublikası, Gəncə şəhəri.