20 fevral 2019, 17:40

Sevinc Budaqovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident İlham Əliyev.

Siz həmişə xalqın yanındasınız. Xalqımızın rifah halının yüksəldilməsi, problemlərinin həlli daim Sizin diqqətinizin mərkəzindədir. Sizin zəhmətkeş insanlarla görüşləriniz, onların problemlərinin həll edilməsi bir dövlət başçısının xalqa nə qədər yaxın olmasının bariz nümunələridir.

Əziz Prezidentimiz, Beyləqan rayonu ərazisində yeni inşa edilmiş “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olmağınız orduda xidmət edən əsgərlərimizdə ruh yüksəkliyi yaradıb. Xalqa bu cür münasibət Sizə olan səmimi məhəbbəti artırır. Buna görə xalqımız Sizi sevir və dəstəkləyir. Biz də fəxr edirik ki, Sizin kimi müdrik rəhbəri olan bir dövlətin, xalqın nümayəndələriyik.

Hörmətlə,

Budaqova Sevinc Budaq qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.