20 fevral 2019, 16:10

Gülsurə İsmayılova və başqalarından, Mingəçevir, Azərbaycan

Möhtərəm cənab Prezident.

Tələbələrin təqaüdlərinin artırılması barədə 2019-cu il 14 fevral tarixli Sərəncamınız bütün ölkə vətəndaşları kimi, Mingəçevir şəhərinin hər bir təhsil işçisinin də ürəyindən oldu. Bu Sərəncamınız bizim üçün son dərəcə qürurvericidir.

Azərbaycan xalqının rifah halının yüksəlməsinə, gənclərin karyeralarının uğurlu inkişafına yönələn addımlarınız Sizin müdrik siyasətinizi təcəssüm etdirir. Siz tələbələrə olan diqqət və qayğınızı dəfələrlə nümayiş etdirmisiniz. Tələblərin təqaüdlərinin artırılması ilə bağlı sərəncamlarınız hər bir tələbənin, hər bir ailənin sevincinə səbəb olub. Siz hər bir Azərbaycan vətəndaşının yanında olmusunuz və olacaqsınız. Bunu Beyləqan rayonuna səfəriniz zamanı sadə vətəndaşlarla görüşünüz bir daha sübut etdi.

Cənab Prezident, tələbələrə göstərdiyiniz diqqət Azərbaycanın sabahı, gələcəyi olan gənclərin daha sağlam mühitdə formalaşmasına, inkişaf etməsinə inamımızı daha da artırır.

Hörmətli cənab Prezident, mingəçevirlilər ziyalı, zəhmətsevər insanlardır. Siz Prezident seçildiyiniz vaxtdan bəri bu şəhərə yeddi dəfə səfər etmisiniz. Mingəçevir Sizin tam diqqət və qayğınızla əhatə olunub.

Cənab Prezident, Mingəçevirin təhsil işçiləri və tələbələri adından Sizə minnətdarlığımızı bildiririk. Nə yaxşı ki, varsınız və nə yaxşı ki, bizimləsiniz!

Dərin hörmətlə,

İsmayılova Gülsurə

Şahmuradova Həqiqət

İsmayılova Samirə

İsmayılova Könül.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.