20 fevral 2019, 16:00

Əlsafa Mailovdan, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Azərbaycan xalqına olan qayğınız və diqqətiniz milyonlarla insan kimi, məni və ailə üzlərimi sevindirir. Sosial problemlərin həlli istiqamətində görülən işlər xüsusilə təqdirəlayiqdir. 2018-ci il fevralın 8-də imzaladığınız minimum aylıq əməkhaqqının artırılması ilə bağlı Sərəncamınızı böyük sevinc hissi ilə qarşıladıq. Bu Sərəncamınız neçə-neçə ailənin gəlirlərinə müsbət təsir göstərəcək, onların həyat şəraitini yaxşılaşdıracaq.

Möhtərəm cənab Prezident, bu sevinci bizə yaşatdığınız üçün çox sağ olun. Mən bir gənc olaraq hər zaman Sizin yanınızdayam və Sizi dəstəkləyirəm. Allah Sizi qorusun.

Hörmətlə,

Mailov Əlsafa Əlimusa oğlu.

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Suluçeşmə kəndi.