20 fevral 2019, 14:20

Rəna Naibovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Xalqımızın rahat, firavan yaşaması üçün yürütdüyünüz siyasət, quruculuq işlərinə böyük diqqət göstərməyiniz hər birimizi sevindirir.

Sizin Beyləqan rayonuna səfəriniz, orada aparılan abadlı-quruculuq işləri ilə yaxından tanış olmağınız, yeni yolun, gənclərin sağlamlığının qorunmasına xidmət edən və böyük idman uğurların təməli olan Olimpiya İdman Kompleksinin açılışlarında iştirakınız, yeni inşa edilmiş “N” saylı hərbi hissəyə baş çəkməyiniz, insanlarla görüşünüz, səmimi söhbətiniz hamımızın ürəyincədir.

Biz Sizin dövlətimiz, xalqımız üçün, onun dünyada nüfuzunun yüksəlməsi naminə apardığınız daxili və xarici siyasətinizi bəyənir və dəstəkləyirik.

Nəsimi rayonu 35 nömrəli tam orta məktəbin pedaqoji kollektivi adından dərin hörmətlə,

Naibova Rəna Əyyub qızı, direktor.

Azərbaycan Respublikası, Bakı şəhəri.