20 fevral 2019, 14:15

Zülfiyyə Hüseynovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Sumqayıt şəhərinə göstərdiyiniz diqqət və qayğıdan çox razıyıq. Şəhərimizdə abadlıq işlərinin aparılmasını və sakinlərin rahatlığının təmin edilməsini daim diqqətinizin mərkəzində saxlamağınız çox sevindiricidir.

2019-cu il fevralın 11-də “2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər” haqqında Sərəncam imzalamağınız bunu bir daha təsdiq edir. Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində Sumqayıt əhalisi də yüksək səviyyəli müasir tibbi xidmətlə təmin olunacaq.

Cənab Prezident, şəhərimizə göstərdiyiniz diqqət və qayğınıza görə bir daha Sizə minnətdarlığımızı bildirir və işlərinizdə uğurlar arzu edirik.

Hörmətlə,

Hüseynova Zülfiyyə Rafael qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.