20 fevral 2019, 14:10

Vahid Xəlilovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin sayənizdə Azərbaycan daha da uğurla inkişaf edir. Sizin Beyləqana səfərinizi diqqətlə izlədik. Beyləqanda aparılan abadlıq-quruculuq işləri Sizin zəhmətinizin bəhrəsidir.

Beyləqanda Tarix-Diyarşünaslıq Muzeyinin istifadəyə verilməsi təkcə mədəniyyət işçilərini yox, biz müəllimləri də çox sevindirdi. Bu, o deməkdir ki, gənclərimiz, gələcək nəsillər milli-mənəvi dəyərlərimizi daha da yaxşı biləcək, ona hörməti və sevgisi artacaq.

Cənab Prezident, Sizə və ailə üzvlərinizə minnətdarlığımızı bildiririk, Sizinlə qürur duyuruq. Ölkəmizin rifahı və xoşbəxtliyi üçün apardığınız müdrik siyasətinizdə Sizə uğurlar arzulayırıq.

Hörmətlə,

Xəlilov Vahid Əziz oğlu, 159 nömrəli tam orta məktəbin direktoru.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.