19 fevral 2019, 17:20

Telman Quliyev və başqalarından, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin gərgin əməyiniz nəticəsində doğma Azərbaycanımız gündən-günə çiçəklənir, xalqımızın yaşayış səviyyəsi, maddi rifah halı yüksəlir. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Sizin kimi xalqa, torpağa, el-obaya bağlı bir Prezidenti var.

Bizim doğma Gəncə şəhəri də Sizin sayənizdə inkişaf etməkdədir. Şəhərimizdə çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün vəsait ayrılması haqqında bir neçə gün əvvəl imzaladığınız Sərəncam Gəncəyə olan diqqət və qayğınızın bariz nümunəsidir.

Əziz Prezidentimiz, Gəncə şəhərinin çoxminli əhalisi adından Sizə dərin minnətdarlığımızı bildirir, doğma Azərbaycanımızın tərəqqisi və çiçəklənməsi yolunda Sizə cansağlığı, tükənməz enerji arzulayırıq.

Dərin hörmət və ehtiramla,

Quliyev Telman

Əhmədov Maqbət

Abbasov Zakir

Əhmədov Zakir

Aslanova Emma

Məmmədov Asim

Əliyeva Yeganə

Veysəlova Vüsalə

Kazımova Sevda

Əliyeva Zahirə.

Azərbaycan Respublikası, Gəncə şəhəri.