19 fevral 2019, 17:10

Qabil Səmədovdan, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident, Ali Baş Komandan.

Sizin Beyləqan rayonunda hərbi hissənin açılışında əsgərlərlə birgə nahar etməyinizi, ictimaiyyət nümayəndələri ilə birlikdə mahnı oxumağınızı izlədikcə Uca Allaha dualar etdim ki, Sizi qorusun. Mən əminliklə deyirəm ki, xalq Sizi, Siz də xalqı sevirsiniz.

Cənab Prezident, Sizə Ulu Öndərin memarı və qurucusu olduğu müstəqil Azərbaycanın inkişafı naminə bundan sonra da yorulmadan, əzmkarlıqla fəaliyyət göstərməyinizi və daim uğurlar qazanmağınızı arzulayıram. Mən də xalqın sıravi, ziyalı vətəndaşı kimi Sizin apardığınız siyasəti dəstəkləyirəm.

Müəllimlik fəaliyyətimdə Sizdən mükafat almaq mənə də nəsib olub. Çalışıram ki, bundan sonra da fəaliyyətim, gördüyüm işlərimlə Sizə dəstək olum.

Dərin hörmət və ehtiramla,

Səmədov Qabil Mahmud oğlu

Coğrafiya elmləri üzrə fəlsəfə doktoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.