18 fevral 2019, 20:00

Tehran Əmiraslanovdan, Quba, Azərbaycan

Hörmətli cənab Prezident İlham Əliyev.

Sizin gördüyünüz işləri, imzaladığınız fərman və sərəncamları diqqətlə izləyirik. Ölkəmizin inkişafı üçün gördüyünüz tədbirlər əvəzolunmazdır. Bəzi insanlar bu işlərə, müvəffəqiyyətlərə kölgə salmaq istəyirlər. Onlar 27-30 il əvvəl Azərbaycanın hansı vəziyyətdə olduğunu yəqin ki, görməyiblər və ya görməzdən gəlirlər. Mən o illərin canlı şahidiyəm. Çox sıxıntılı və özbaşınalığın baş alıb getdiyi bir dövr idi. Amma indi hər yerdə inkişaf, tikinti, quruculuq işləri ön plandadır.

Cənab Prezident, Sizin niyyətinizin pak, əməllərinizin necə xoşməramlı olduğu göz qabağındadır. Biz gözəl işlərin həyata keçirilməsinin şahidiyik. Bir neçə gün əvvəl zəlzələdən zərər çəkmiş insanlarla bərabər oldunuz, onların dərdini dinlədiniz. Bu mənzərə Sizin hər bir vətəndaşın çətin zamanında onun yanında olduğunuzun əyani göstəricisidir. Elə bu işlərə görə biz Sizin ətrafınızda sıx birləşmişik.

Hörmətlə,

Əmiraslanov Tehran Bəhram oğlu, sahibkar.

Azərbaycan Respublikası, Quba rayonu.