18 fevral 2019, 19:40

Rəfail Hacıyev və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Biz Qarabağ uğrunda döyüşlərdə həyatını itirmiş və Tərtərin ilk şəhidlərindən olan Qaçay Mehdiyevin adını daşıyan küçədə yaşayırıq. Hazırda küçəmizdə təmir işləri aparılır, səliqə-sahman yaradılır, hasarlar hörülür, aqlay və digər bəzək daşları ilə üzlənir, ağaclar budanır, işıq, qaz, rabitə və digər kommunikasiya xətləri yenilənir.

Möhtərəm cənab Prezident, cəbhə bölgəsində yaşayan insanlara, həmçinin şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Hacıyev Rəfail

Haqnəzərov Salman

Mehdiyev Bəxtiyar

Mənsimov Əli

Mustafayev Daşqın

Ağayev Azər

Rzayeva Gövhər

Abbaszadə Sevda,

Məmmədova Rəmziyyə və başqaları.

Azərbaycan Respublikası, Tərtər şəhəri.