18 fevral 2019, 19:35

Bəhmən Paşayevdən, Mingəçevir, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin ölkəmizə rəhbərliyiniz dövründə Mingəçevir şəhəri öz əvvəlki görkəmini saxlamaqla daha da gözəlləşib və abadlaşıb, müasir şəhərlərdən birinə çevrilib. Bu gün bunu şəhərimizdə yaşayan hər bir sakin, Mingəçevirə gələn hər bir qonaq, hər bir turist etiraf edir. Mingəçevirdə yerləşən çoxmənzilli binaların istismara yararsız liftlərin dəyişdirilməsi məqsədilə 2019-cu il fevralın 5-də imzaladığınız Sərəncamınızla vəsait ayırmağınız şəhərimizin hər bir sakinini sevindirdi. Çünki yeni və müasir standartlara uyğun liftlər çoxmənzilli binalarda yaşayan sakinlər üçün rahatlıq vəd edir.

Cənab Prezident, Mingəçevirə və mingəçevirlilərə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Paşayev Bəhmən Rəsul oğlu.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.