18 fevral 2019, 19:30

Mehman Quliyev və başqalarından, Astara, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Astaraya hər gəlişiniz bütün astaralılar kimi, rayonun Artupa kəndinin sakinlərini də hədsiz sevindirir. Sevinirik ki, Prezidentimiz rayonumuzu daim diqqət mərkəzində saxlayır. Bu, çox təqdirəlayiq haldır.

Astara rayonu gündən-günə gözəlləşir, abadlaşır. Son illərdə inşa olunmuş dənizkənarı parkı gəzəndə insan sanki özünü Bakıda bulvarındakı kimi hiss edir. Sizin uğurlu daxili və xarici siyasətiniz bizi daha yaxşı işləməyə ruhlandırır.

Möhtərəm cənab Prezident, şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi bir daha sübut etdi ki, Prezidentlə xalq arasında möhkəm inam və bağlılıq var. Bu inamı heç bir qüvvə sarsıda bilməz.

Respublikamızın hər yerində olduğu kimi, Astara rayonunda da geniş quruculuq və abadlıq işləri görülüb. Təkcə bizim kənddə 360 şagird yerlik müasir tipli məktəb binası, tibb məntəqəsi, mədəniyyət evi, uşaq bağçası insanların istifadəsinə verilib.

Cənab Prezident, bütün bunlara görə Sizə minnətdarlığımızı bildirməyi özümüzə mənəvi borc sayırıq. Atalar yaxşı deyiblər ki, xalqın gözü tərəzidir. Biz Sizdən - öz Prezidentimizdən çox razıyıq.

Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, kəndimizin ziyalıları, din xadimləri və zəhmətkeş insanları adından dərin hörmətlə,

Quliyev Mehman İsmayıl oğlu

Əhmədov İsi Rəzzaq oğlu

Ağayev Əsgər Yaqub oğlu

Novruzov Rövşən Səyyad oğlu

Əsədullayev Qarakişi Seyfulla oğlu və başqaları (cəmi:11 nəfər).

Azərbaycan Respublikası, Astara rayonu, Artupa kəndi.