18 fevral 2019, 18:45

İlkin Şirinovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən və ailəm hər zaman Sizi dəstəkləməyi özümüzə borc bilmişik. Ölkəmizdə hökm sürən sabitlik, insanların firavan yaşaması, övladlarımızın yaxşı təhsil alması üçün hər bir şəraitin yaradılması Sizin xalqımıza olan diqqət və qayğınızın bariz nümunələridir. Bu gün Azərbaycan vətəndaşları öz ölkələri, qazanılan uğurlarla fəxr edir, gələcəyə böyük ümidlərlə baxırlar. Doğma şəhərimiz Sumqayıtın müasir siması da Azərbaycanın inkişaf yolunda olduğunu bir daha təsdiq edir.

Cənab Prezident, şəxsən öz adımdan və ailəm adından Sizə təşəkkür edirəm. Nə yaxşı ki, Siz varsınız və bizim Prezidentimizsiniz.

Hörmətlə,

Şirinov İlkin Səxavət oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.