16 fevral 2019, 15:30

Şahin Sərdarlıdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz tələbələrə olan diqqət və qayğınızı dəfələrlə nümayiş etdirmisiniz. Bu, bizi sevindirir, ruhlandırır, ilhamlandırır. Tələbələrin təqaüdləri ilə bağlı imzaladığınız sərəncamlar hər bir tələbənin, hər bir ailənin sevincinə səbəb olub.

Azərbaycan xalqının rifahının yüksəlməsinə, gənclərin karyeralarının uğurlu inkişafına yönələn addımlarınız Sizin müdrik siyasətinizi təcəssüm etdirir. Siz hər bir Azərbaycan vətəndaşının yanındasınız, yanında olmusunuz və olacaqsınız. Buna tam səmimiyyətimlə inanıram. Sevincimiz böyükdür. Biz tələbələrə olan diqqətiniz Azərbaycanın sabahı, gələcəyi olan gənclərin daha da sağlam mühitdə formalaşmasına, inkişaf etməsinə inamımızı daha da artırır.

Möhtərəm cənab Prezident, Sizin sayənizdə Azərbaycan bu gün daha da uğurla inkişaf edir.

Cənab Prezident, bütün tələbələr adından Sizə minnətdarlığımızı bildiririk. Yaxşı ki, varsınız, nə yaxşı ki, bizimləsiniz.

Hörmətlə,

Sərdarlı Şahin Rövşən oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.