12 fevral 2019, 16:20

Mirzə Əliyev və başqalarından, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

2019-cu il 1 fevral tarixli Sərəncamınızla Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatı məqsədilə 14 milyon 245 min manat məbləğində vəsait ayırdığınıza görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Sizin qayğınız və diqqətiniz sayəsində 2017 və 2018-ci illərdə universitetimizdə dünya standartlarına cavab verən iki tələbə evinin istifadəyə verilməsi bizi daha yaxşı işləməyə ruhlandırır.

Sizə bir daha ürəkdən minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, uzun ömür arzulayırıq.

ADAU-nun professorları adından dərin hörmətlə,


Əliyev Mirzə

İbrahimov Zakir

Məmmədov Siyasət

Ələsgərov Zahir

Xəlilov Bahəddin.

Azərbaycan Respublikası, Gəncə şəhəri.