12 fevral 2019, 13:40

Şəhrəm Quliyev və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin idmana göstərdiyiniz diqqət və qayğı nəticəsində Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə keçirilən birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları sübut etdi ki, Azərbaycanda idmanın inkişafı və idmançılar üçün hər cür şərait yaradılıb.

Respublikamızın bölgələri də Sizin diqqətinizdən kənarda qalmır. 2019-cu il fevralın 2-də imzaladığınız Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında Sərəncam bunu bir daha sübut etdi.

Bu Sərəncamını Tərtər gənclərinə və idmançılarına Gənclər Günü münasibətilə ən böyük hədiyyəniz hesab edirik.

Möhtərəm cənab Prezident, cəbhə bölgəsində yaşayan vətənpərvər tərtərli gənclər Sizin diqqət və qayğınızı daim öz üzərilərində hiss edirlər. Biz Sizi dəstəkləyir, Sizin siyasətinizi ürəkdən bəyənirik. Heç bir qüvvə bizim Vətənimizə, dövlətimizə və Prezidentimizə olan sədaqətimizi, inamımızı sarsıda bilməz.

Tərtərli gənclər adından dərin hörmət və ehtiramla,

Quliyev Şəhrəm Nizami oğlu

Məmmədzadə Tunarə Azər qızı

Heydərova Ləman Mehdi qızı

Əlizadə Nurlan Natiq oğlu

Nərimanzadə Nəriman Kərrar oğlu

Səmədzadə Sənan Rza oğlu.

Azərbaycan Respublikası, Tərtər rayonu.