Bursa Cəfərlidən, Gəncə, Azərbaycan
12 fevral 2019, 13:30
Əziz və hörmətli cənab Prezident.
Sizin Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına dair tədbirlər haqqında Sərəncamınız universitetimizin gənclərinə əsası 1996-cı il fevralın 2-də Ulu Öndərimiz tərəfindən qoyulmuş Azərbaycan Gəncləri Günü münasibətilə əsl bayram hədiyyəsi oldu.
Çox hörmətli cənab Prezident, aqrar sahənin inkişafına göstərdiyiniz diqqət və qayğıya görə Azərbaycan Dövlət Aqrar Universitetinin gənc akademik məsləhətçisi, doktorantı kimi şəxsən öz adımdan və bütün kollektivimiz adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirirəm. Var olun, cənab Prezident! Allah Sizi qorusun.
Hörmətlə,
Cəfərli Bursa Suliddin qızı.
Azərbaycan Respublikası, Gəncə şəhəri.