“Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli və “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 24 may tarixli 1418 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

07 fevral 2019, 19:45

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 918-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 522; 2018, № 1, maddə 39, № 9, maddə 1838) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.6-cı yarımbəndindən “, habelə tikintisi başa çatdırılmamış daşınmaz əmlaka və onun hissələrinə mülkiyyət hüququnu və onun ipoteka ilə yüklülüyünü qabaqcadan qeydiyyata almaq” sözləri çıxarılsın.

2. “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1820; 2017, № 5, maddə 821, № 11, maddə 2006; 2018, № 2, maddə 181, № 5, maddə 920, № 6, maddə 1196, № 9, maddə 1825; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 469 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 8.2-ci bənddə “qabaqcadan qeydiyyata alınmış” sözlərindən sonra “ və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.5-ci maddəsinə uyğun olaraq üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış paylara bağlı” sözləri əlavə edilsin;

2.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası” üzrə:

2.2.1. 1.1-ci bənddə və 1.2.1-ci yarımbənddə “qabaqcadan qeydiyyata alınmış” sözlərindən sonra “ və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.5-ci maddəsinə uyğun olaraq üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış paylara bağlı” sözləri əlavə edilsin;

2.2.2. 7.1-ci bənddə “mənzillər” sözündən sonra “(o cümlədən binanın yerləşdiyi torpaq sahəsində onların bağlı olduqları paylar)” sözləri əlavə edilsin, “mülkiyyət hüquqlarının” sözləri “hüquqların” sözü ilə əvəz edilsin və həmin bənddən “qabaqcadan” sözü çıxarılsın;

2.2.3. 7.2-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu bəndin birinci cümləsinin tələbləri 2018-ci il iyulun 1-dək üzərində hüquqlar qabaqcadan qeydiyyata alınmış binalara, habelə həmin binaların tərkib hissəsi olan mənzillərə şamil edilir.”;

2.2.4. aşağıdakı məzmunda 7.2-1-ci bənd əlavə edilsin:

“7.2-1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bölünmə planı əsasında hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan payların və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan mənzillərinin əldə edilməsi notariat qaydasında təsdiq olunan və əldə edən şəxsin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində təminat qeydinin aparılması ilə nəticələnən müqavilə əsasında həyata keçirilir.”.

3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2056; 2017, № 8, maddə 1521, № 10, maddə 1777; 2018, № 5, maddə 920, № 6, maddə 1196, № 7 (I kitab), maddələr 1496, 1506) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. “4. Strateji baxış” hissəsinin 4.2-ci bəndindən “(məsələn, əmlak hüquqlarının qabaqcadan qeydiyyatı)” sözləri çıxarılsın;

3.2. 7.2.4-cü yarımbənddən “qabaqcadan qeydiyyat sənədi vasitəsilə” sözləri çıxarılsın və həmin yarımbəndə “inşa edilən” sözlərindən sonra “tikintisi başa çatmış və ya tikintisi başa çatmayan binadakı” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli 1418 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 822; 2018, № 5, maddə 920, № 6, maddə 1196, № 9, maddə 1825) ilə təsdiq edilmiş “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”nin 1.6-cı bəndinin ikinci cümləsində və 2.1.3-cü yarımbəndində “qabaqcadan qeydiyyata alınmış” sözlərindən sonra “ və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.5-ci maddəsinə uyğun olaraq üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış paylara bağlı” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2019-cu il.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10