Xalid Qurbanov və başqalarından, Gəncə, Azərbaycan
05 fevral 2019, 17:03
Möhtərəm cənab Prezident.
2019-cu il 1 fevral tarixli Sərəncamınızla Azərbaycan Aqrar Universitetinin tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatı məqsədilə 14 milyon 245 min manat vəsait ayrıldığına görə Sizə ən dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Memarı və qurucusu ulu öndərimiz Heydər Əliyev olan müasir müstəqil Azərbaycanımız bu gün ictimai-siyası baxımdan dünyanın ən sabit ölkələrdən biridir. Biz Sizin müdrik siyasətinizi ürəkdən bəyənir və dəstəkləyirik.
Cənab Prezident, Zati-alinizə sonsuz sadiqliyi olan kollektivimiz adından Sizə möhkəm cansağlığı, uzun ömür, gündən-günə çiçəklənən Vətənimizin daha da tərəqqisi naminə yeni-yeni uğurlar diləyirik.
Azərbaycan Aqrar Universitetinin professorları adından dərin hörmətlə,
Qurbanov Xalid
Məmmədov Nurəddin
Əliyev Qurban
Hümbətov Zaur
Abdullayev Qəmbər
Babayev Şahlar
Məmmədov Cəmaləddin
Fətəliyev Hasil
Hüseynov Məhərrəm.
Azərbaycan Respublikası, Gəncə şəhəri.