05 fevral 2019, 17:00

Ramilə Əzizovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mənim qardaşım və həyat yoldaşım torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olublar. İki qızımı dövlətimizin qayğısı ilə böyütmüşəm.

Bu yaxınlarda bizim ailəyə çox böyük sevinc bəxş etdiniz. Sizin tapşırığınız əsasında bizə mənzil verildi. Buna görə Sizə təşəkkür edirəm. Allah Sizi bədnəzərdən qorusun, Sizə və ailənizə uzun ömür, cansağlığı qismət etsin.

Cənab Prezident, Siz şəhid ailələrinə hər zaman qayğı göstərirsiniz. Biz də hər zaman Sizə dua edirik. Həmişə var olun. Ailəmiz adından bir daha Sizə və ailənizə, o cümlədən Mehriban xanıma təşəkkür edirəm.

Hörmətlə,

Əzizova Ramilə Həmdulla qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.