01 fevral 2019, 17:30

Emin Carçıyevdən, Xırdalan, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz Azərbaycan gəncliyi daim Sizinləyik. Xarici və daxili düşmənlərimizə qarşı mübarizədə Sizin ətrafınızda bir yumruq kimi sıx birləşmişik.

Sizin Azərbaycanın inkişafı üçün gördüyünüz işlər ölkəmizi bölgədə və dünyada qüdrətli dövlətə çevirmişdir. Siz bizə qələbə, zəfər hissini yaşatdınız. Bu gün də Sizin hər bir vətəndaşa, o cümlədən Azərbaycan gəncliyinə göstərdiyiniz diqqət və qayğı bizi sevindirir.

Siz xalqın məhəbbətini, hörmətini qazanmış rəhbərsiniz. Biz bu gün əmin-aman, sabit ölkədə yaşayırıq. Dövlətimiz gündən-günə inkişaf edir, gözəlləşir, biz gənclərə və ümumiyyətlə hər bir vətəndaşa dövlət və Prezident qayğısı, diqqəti göstərilir.

Bütün bunlara görə şəxsən öz adımdan, ailəmin hər bir üzvü adından və Azərbaycan gəncliyi adından Sizə təşəkkür edirəm.

Allah Sizi, dövlətimizi və millətimizi qorusun.

Hörmətlə,

Carçıyev Emin Mehman oğlu.

Azərbaycan Respublikası, Xırdalan şəhəri.