01 fevral 2019, 17:00

Rəhilə Quliyevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu il yanvar ayının 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşünüz və 11 min manat məbləğində birdəfəlik ödəmə alacaq vətəndaşların sayının artırılması barədə yeni Fərmanınız Sizin böyüklüyünüzü, şəhidlərimizə və onların ailə üzvlərinə olan ehtiramınızı bir daha sübut etdi. Siz bu Fərmanınızla daha bir qrup şəhid ailəsinə sevinc bəxş etdiniz.

Əziz Prezidentimiz, mən şəhid bacısıyam və bu diqqətinizi çox yüksək dəyərləndirirəm. Sizə, ailənizə möhkəm cansağlığı və xalqımızın başı üzərində hər zaman belə vüqarla dayanmağınızı arzu edirəm.

Biz hər zaman Sizə güvənirik.

Hörmətlə,

Quliyeva Rəhilə Şakir qızı, şəhid ailəsinin üzvü.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi.