31 yanvar 2019, 14:20

Sədaqət Məmmədovadan, Xaçmaz, Azərbaycan

Çox hörmətli Mehriban xanım.

Heydər Əliyev Fondu yarandığı gündən imkansız ailələrin, qayğıya ehtiyacı olan insanların hər zaman yanında olub, onlara hərtərəfli kömək göstərib.

Mən bu məktubu Sizə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yaşayan aztəminatlı ailənin bir üzvü kimi yazıram. Bizim kimi ailələrə dövlətimiz tərəfindən hər zaman göstərilən qayğı və diqqətə görə Prezidentimizə və Sizə təşəkkürümüzü bildiririk. Biz Sizin bu qayğınızı bu gün də hiss edirik. Belə ki, uzun müddət istifadəsiz qalmış pay torpağımda Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə həyata keçirdiyi “Sosial bağlar” layihəsi çərçivəsində yeni meyvə bağı salınaraq bizə təhvil verildi.

Biz kənd adamlarıyıq, dolanışığımız torpaqdan, bağ-bostandan çıxır. Allahın köməyi ilə bir neçə il sonra bu bağdan bol məhsul götürəcəyik. Bu, dövlətin ailəmizin dolanışığına verdiyi növbəti töhfədir. Eyni zamanda, bununla özümüz üçün yeni iş yeri qazanmışıq.

Bu qayğı və köməyə görə ailəmiz adından cənab Prezidentimizə, Sizə və layihədə əməyi keçən hər kəsə minnətdarlığımızı bildiririk. Xüsusilə regionlarda icra edilən belə layihələrin sayı nə qədər çox olarsa, aztəminatlı ailələrin dolanışığı da o qədər yaxşı olar.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkəmizə isə firavanlıq arzu edirəm. Allah Sizi qorusun.

Hörmətlə,

Məmmədova Sədaqət.

Azərbaycan Respublikası, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi.