30 yanvar 2019, 14:00

Rəhilə Ərəbxanovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mən şəhid anasıyam. Yeganə oğlum leytenant Seymur Ərəbxanov Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub.

Ölkəmizdə şəhid ailələrinə göstərilən dövlət qayğısı bizə hər zaman təsəlli verib. Bizim ailə də bu qayğı ilə əhatə olunan ailələrdən biridir.

Əziz Prezidentimiz, oğlumun xatirəsini daim uca tutduğunuza və məni mənzillə təmin etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Ərəbxanova Rəhilə Becan qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.