22 yanvar 2019, 12:35

Aynur Mövlanovadan, Quba, Azərbaycan

Hörmətli və əziz Prezidentimiz.

Sizi, ilk növbədə, Türkiyədə “İlin dövlət başçısı” seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, uzun ömür, doğma Azərbaycanımızın daha da inkişafı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Ölkəmizdəki iqtisadi inkişaf, siyasi sabitlik, mənəvi yüksəliş Sizin apardığınız məqsədyönlü, uzaqgörən siyasətiniz nəticəsində mümkün olub. Azərbaycanın beynəlxalq aləmdə söz sahibi olması Sizin siyasi iradəniz və şəxsi nüfuzunuzun göstəricisidir. İnkişaf etməkdə olan respublikamızın hər bir bölgəsində Sizin zəhmətinizin bəhrələrinin şahidiyik.

Bunun bariz nümunələrindən biri də Quba rayonunun inkişafıdır. Quba rayonunda aparılan təmir-bərpa, abadlıq-quruculuq işlərinə və iqtisadi inkişafına göstərdiyiniz böyük diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Siz bizim fəxrimizsiniz. Sizinlə qürur duyuruq.

Dərin hörmətlə,

Mövlanova Aynur Afəddin qızı.

Azərbaycan Respublikası, Quba rayonu, Rustov kəndi.