21 yanvar 2019, 11:00

Rauf Nurəliyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan abadlıq-quruculuq işləri sayəsində respublikamızın hər bir guşəsi gözəlləşməkdədir. Bu işlər bizdə böyük məmnuniyyət hissi yaradır və hər zaman Sizi dəstəkləyirik.

Biz sakinlər uzun illər idi ki, qəsəbəmizin magistral yolunun təmirsiz olmasından çox əziyyət çəkirdik. Bizim qəsəbə də ölkəmizdəki abadlıq-quruculuq işlərindən öz nəsibini aldı.

Allahın izni və Sizin Sərəncamınızla həmin magistral yol əsaslı təmir olundu. Artıq az vaxt sərf edərək, rahat bir şəkildə istədiyimiz yerə vaxtında gedib çata bilirik. Buna görə sevincimizin həddi-hüdudu yoxdur. Bütün sakinlər adından Sizə öz dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Bundan sonrakı işlərinizdə Sizə uğurlar arzu edirik. Allah hər zaman Sizə kömək olsun. Çox sağ olun cənab Prezident!

Hörmətlə,

Nurəliyev Rauf Yengibar oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.