18 yanvar 2019, 14:15

Qalib Xaliqovdan, Kürdəmir, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu günlərdə Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun yenidən qurulması ilə əlaqədar imzaladığınız Sərəncam Böyük Kəngərli kənd ziyalılarının da hədsiz sevincinə səbəb olub. Çünki kəndlərimizi rayon mərkəzi ilə birləşdirən bu yol yararsız vəziyyətə düşmüş, sakinlərin gediş-gəlişində çətinliklər yaranmışdı.

Kəndlərimizə göstərdiyiniz diqqət və qayğıya görə sakinlər adından Sizə sonsuz minnətdarlığımızı bildiririk. Əminik ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan dövləti Sizin rəhbərliyinizlə bundan sonra daha da güclənəcək, zənginləşəcək və hərtərəfli inkişaf edəcəkdir.

Ulu Tanrıdan Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti arzulayırıq.

Böyük Kəngərli kəndinin ziyalıları adından dərin hörmətlə,

Xaliqov Qalib, müəllim.

Azərbaycan Respublikası, Kürdəmir rayonu.