18 yanvar 2019, 12:10

Natiq Əliyev və Habil İbrahimovdan, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Rayonumuzda fəaliyyət göstərən sahibkar Vəliyev Fazil Adil oğlunu kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etməyiniz biz fermerləri çox sevindirdi. Bu, rayon əməkçilərinə verdiyiniz yüksək qiymətdir.

Son illərdə aqrar sahəyə göstərdiyiniz diqqət və qayğı bizi daha böyük uğurlar qazanmağa ruhlandırır. Etiraf etməliyik ki, bu, həm də bizim yaxşı qazanc əldə etməyimizə, maddi rifah halımızın yüksəlməsinə səbəb olub. Bütün bunlar cəbhə bölgəsində çalışan tərtərlilərin sabaha inamını daha da artırır.

Hörmətli cənab Prezident, əməyimizə verdiyiniz bu yüksək qiymətə görə bütün fermerlərimiz adından Zati-alinizə dərin minnətdarlığımızı bildirir, Sizə və ailənizə cansağlığı, Vətənimizin tərəqqisi naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq. Tanrı Sizi qorusun.

Hörmətlə,

Əliyev Natiq Nadir oğlu

İbrahimov Habil Qaməddin oğlu.

Azərbaycan Respublikası, Tərtər rayonu.