17 yanvar 2019, 13:40

Fəridə Əhmədovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin həyata keçirdiyiniz uğurlu siyasət nəticəsində ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edir. Bu siyasət nəticəsində Bakımız gündən-günə gözəlləşir və abadlaşır.

Bu məktubu yazmaqla bir ana kimi sevincimi Sizlərlə bölüşmək istərdim. Belə ki, Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdiyi şəhərciyin açılışı zamanı məhz bizim mənzillə tanış olmağınız bizi həddən artıq sevindirdi. Bu sevincimizi sözlə ifadə etmək mümkün deyil. Xoş bir təsadüf nəticəsində mənzilimizin ilk qonaqları Siz və Mehriban xanım oldunuz. Bu, ailəmiz üçün böyük şərəfdir.

Hörmətli cənab Prezident, Sizə və Mehriban xanıma, həmçinin ailənizə cansağlığı və uzun ömür arzulayırıq.

Dərin hörmətlə,

Əhmədova Fəridə Ağa Hüseyn qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri.