15 yanvar 2019, 14:40

Valeh Hüseynov və başqalarından, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Nizami yurdu, qədim və doğma Gəncəmizin daha da inkişafı və çiçəklənməsi üçün abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Biz bu işlərə nəzər yetirəndə qəlbən fərəhlənir, belə bir şəhərin sakinləri olduğumuz üçün qürur hissi keçiririk. Gəncəyə göstərilən diqqət Azərbaycanın tarixinə, bu yurdun ölməz şəxsiyyətlərinə bəslənən hörmətdən irəli gəlir.

Möhtərəm cənab Prezident, park və küçələrin təmirinə və yenidən qurulmasına, çoxsaylı yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsinə göstərdiyiniz köməyə görə Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, dövlətçiliyimizin daha da gücləndirilməsinə xidmət edən ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.

Hörmətlə,

Hüseynov Valeh Məmməd oğlu

Axundov Asif İbrahim oğlu

Rzayeva Səidə Həmid qızı

Hüseynova Sevinc İlham qızı

Məsimova İradə Məmməd qızı.

Azərbaycan Respublikası, Gəncə şəhəri.