Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

10 yanvar 2019, 14:54


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1215-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddə 2217; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883; № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438; Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1248-VQD, 1251-VQD, 1254-VQD nömrəli, 30 oktyabr tarixli 1301-VQD, 1307-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 43.1-ci maddəyə “549,” rəqəmlərindən sonra “550,” rəqəmləri əlavə edilsin;

1.2. 550-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 550. Feldyeger rabitəsi haqqında qanunvericiliyin pozulması

550.1. “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.1-ci maddəsində göstərilməyən korrespondensiyaların müvafiq ünvanlara çatdırılmaq üçün feldyeger rabitəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təhvil verilməsinə görə -

vəzifəli şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

550.2. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən feldyeger rabitəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarına korrespondensiyaların və digər göndərişlərin operativ və təhlükəsiz çatdırılmasında kömək göstərilməməsinə görə -

vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

550.3. “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.1-ci maddəsində göstərilən korrespondensiyaların və digər göndərişlərin toxunulmazlığının pozulmasına, yəni açılmasına, yoxlanılmasına və ya həbs edilməsinə görə -

vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

550.4. Feldyeger rabitəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan onun operativ nəqliyyat vasitələrindən istifadə edilməsinə görə -

vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

550.5. Korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.”.

Maddə 2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 550.5-ci maddəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək “Korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması Qaydası” ilə eyni gündə qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 dekabr 2018-ci il.

SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04