10 yanvar 2019, 14:20

Səbiyyə Baxşəliyevadan, Biləsuvar, Azərbaycan

Əziz Prezidentimiz.

Qəhrəman bir oğul böyütdüm və o, torpaqlarımızın mənfur düşmənlərimizdən müdafiəsi zamanı igidlik göstərərək, şəhid oldu.

Şəhid anası olaraq ölkəmizin inkişafından, dövlətimizin güclənməsindən çox fərəhlənirəm.

Siz şəhid ailələrini mənzillərlə, təqaüd və müavinətlərlə təmin edirsiniz, onlara daim dəstək olursunuz.

Sizin şəhid ailələrinə qayğıkeş münasibətinizin daha bir nümunəsi olaraq, bu yaxınlarda mənə 11 min manat məbləğində birdəfəlik ödəmə verildi. Bu, bizə növbəti böyük qayğınız və dəstəyinizdir. Ona görə də Sizə dərin minnətdarlığımı bildirirəm.

Şəhid ailələrinə daim qayğı ilə yanaşdığınıza görə Tanrı Sizi qorusun.

Hörmətlə,

Baxşəliyeva Səbiyyə Əliağa qızı.

Azərbaycan Respublikası, Biləsuvar rayonu.