09 yanvar 2019, 12:20

Razim Əliyevdən, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident.

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində məcburi köçkünlərə Abşeron rayonu ərazisində hədiyyə etdiyiniz müasir tələbələrə cavab verən yeni yaşayış kompleksi hədsiz sevincimizə səbəb oldu. Açılış mərasimində Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsən iştirakı, burada bizimlə keçirdiyiniz olduqca səmimi görüşlər ölkə rəhbərliyi ilə xalq arasında doğma münasibətlərin təzahürü kimi daim yaddaşlarda qalacaqdır.

Bütün bunlara görə Qubadlı rayonunun veteranları adından Sizə təşəkkürümüzü və minnətdarlığımızı çatdırırıq. Ad gününüzü bizimlə birlikdə keçirdiyiniz üçün Sizə “Çox sağ olun!” deyirik.

Hörmətlə,

Əliyev Razim Yusif oğlu,

Qubadlı Veteranlar Şurasının sədri.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.