Gülşən Namazova və başqalarından, Mingəçevir, Azərbaycan
08 yanvar 2019, 14:00
Çox hörmətli cənab Prezident.
Sizin 2003-cü ildə ölkə Prezidenti vəzifəsinin icrasına başladığınız zaman çıxışınızda dediyiniz “Mən hər bir Azərbaycan vətəndaşı üçün Prezident olacağam. Millətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğruldacağam” sözlərini hər zaman böyük qürur hissi ilə xatırlayırıq. Bu, həqiqətən də belə oldu.
Siz hər bir Azərbaycan vətəndaşının Prezidenti oldunuz. Ölkəmizdə siyasi sabitliyin, yeni iş yerlərinin açılmasının, layiqli həyat şəraitinin yaradılmasının, iqtisadiyyatımızın inkişafının, yenidənqurma işlərinin və bir çox digər məsələlərin təminatçısı Sizsiniz. Sizin zəngin təcrübəniz, dünyadakı yüksək nüfuzunuz Azərbaycana böyük uğurlar qazandırıb. Vətəndaşların hər bir probleminə diqqət və qayğı ilə yanaşdığınız üçün ölkə əhalisinin məhəbbətini qazanmısınız.
Əziz Prezidentimiz, Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı arzulayırıq.
Hörmətlə,
Namazova Gülşən
İsmayılov Nəriman
Allahverdiyeva Röya.
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.