Moldova Respublikasının Prezidenti İqor Dodondan

26 dekabr 2018, 18:25

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı, seçdiyiniz yolda uzun illər səmərəli fəaliyyət, yeni böyük uğurlar, xoşbəxtlik, ailənizə firavanlıq diləklərimi qəbul edin.

Əminəm ki, Sizin həm ölkədə, həm də xaricdə yürütdüyünüz ölçülüb-biçilmiş, düşünülmüş siyasət bundan sonra da Azərbaycanın və onun xalqının firavanlığına xidmət edəcək.

Fürsətdən istifadə edərək qəti əmin olduğumu bildirirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə birgə səylərimizlə bundan sonra da dərinləşəcək.

Hörmətli cənab Prezident, Sizi və bütün ailənizi əlamətdar şəxsi bayramınız münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə yüksək ehtiramımı qəbul edin.

Dərin hörmətlə,

İqor Dodon

Moldova Respublikasının Prezidenti

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10