“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

18 dekabr 2018, 20:40

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 739-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 2, maddə 40; 1994, № 18, maddə 246; 1995, № 22, maddə 359; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 241; 2004, № 7, maddə 505; 2006, № 6, maddə 478; 2007, № 2, maddə 74; 2015, № 3, maddə 256; 2018, № 4, maddə 648) aşağıdakı dəyişikliklər edilsin:

1. 13-cü maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:

“Çoxmənzilli binanın idarə edilməsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.”.

2. 14-cü maddənin ikinci, üçüncü və dördüncü hissələri ləğv edilsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 noyabr 2018-ci il.